Şamaxıda DƏHŞƏTLİ HADİSƏ - Qadın öldü, əri xəstəxanaya aparıldı
Bizi izləyin

Hadisə

Şamaxıda DƏHŞƏTLİ HADİSƏ - Qadın öldü, əri xəstəxanaya aparıldı

Şamaxı rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndindən keçən hissəsində Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkəryayevin idarə etdiyi "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkəryayeva hadisə yerində dünyasını dəyişib. Digər sərnişin İsmayıllı rayon Yenikənd sakini 32 yaşlı Orxan Mirzəyev və sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm