Sumqayıtda 24 yaşlı gənc itkin düşdü
Bizi izləyin

Hadisə

Sumqayıtda 24 yaşlı gənc itkin düşdü

Sumqayıt şəhərində 24 yaşlı gənc itkin düşüb.

"Report"un məlumatına görə, Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Xoşbəxt oğlu Əhmədov yaşadığı Yaşıldərə yaşayış massivindəki evindən çıxıb və geri qayıtmayıb.

Bu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm