Hadisə
Rza Zərrabın DƏHŞƏTLİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: həbsxanada 63 yaşlı kişiyə dəfələrlə təcavüz etdi və...
Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində həbsxana yoldaşı tərəfindən açılan məhkəməsi davam edir.
Publika.az xəbər verir ki, Zərrabla bir müddət “Metropolitan” həbsxanasında eyni kameranı bölüşən Faozi Yaber kamera yoldaşının ona iki dəfə təcavüz etdiyini iddia edir.
R.Zərrab isə vəkili Robert Anello vasitəsilə məhkəməyə müraciət göndərərək haqqındakı ittihamları təkzib etmişdi. Hakim Şolomo Haqler isə məşhur iş adamının müraciətini qəbul edərək ittihamçının yenidən məhkəməyə müraciət etməsini istəmişdi. Yaber isə ittihamların arxasında dayanıb və yeni şikayətini məhkəməyə göndərib. O, Zərrabdan mənəvi zərərə görə kompensasiya tələb edir.
Yaber yeni müraciət ərizəsində Zərrabın ona dəfələrlə cinsi təcavüz etdiyini yazıb. 63 yaşlı afrikalı məhbus həbsaxana otağının onun üçün işgəncə yerinə çevrildiyini qeyd edib. O bildirib ki, ağır xərçəng xəstəsidir, buna görə də 35 yaşlı bir insana qarşı müqavimət göstərə bilməyib. Zərrabın ona verdiyi işgəncələrdən sonra etibarı və karyerası zədələnib, psixoloji travma alıb. O, həmçinin Zərrabdan bütün iqtisadi ziyanlarını qarşılamağı, hətta bu məhkəmə üçün tutduğu vəkilinin pulunu belə ödəməsini tələb edib.
Bütün bu mühakimələrə cavab olaraq Rza Zərrab ən gec 13 fevral tarixində müdafiə ərizəsini məhkəməyə təqdim edəcək.
Zümrüd
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı