Külli miqdarda narkotik vasitə aşkar edildi - - VİDEO
Bizi izləyin

Hadisə

Külli miqdarda narkotik vasitə aşkar edildi - - VİDEO

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Komitədən Publika.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm