Azərbaycanda DƏHŞƏT: orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirdi
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏT: orta məktəb şagirdi kollec tələbəsini qətlə yetirdi

Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva borc pul verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub.

Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs isə saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm