Azərbaycanda bir gündə 6 nəfər bu səbəbdən öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda bir gündə 6 nəfər bu səbəbdən öldü

Daxili İşlər Nazirliyi son 1 gün ərzində ölkədə baş vermiş cinayətlərin və yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, mayın 23-də Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm