Yasamalda AĞIR QƏZA: 3 qadın xəstəxanalıq oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Yasamalda AĞIR QƏZA: 3 qadın xəstəxanalıq oldu - (YENİLƏNDİ)

Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Trend-in məlumatına görə, onlar, sürücü 2000-ci il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı belin əzilməsi, 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı gicgahın əzilməsi və 1979-cu il təvəllüdlü Qurbanova Səmayə çiyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır.

***

Yasamal rayonu ərazisində, avtomobil bazarının arxasında yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 qadın xəsarət alıb. Onlardan 19 və 40 yaşlı qadınlar qapalı kəllə beyin travması, digər 50 yaşlı qadın başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hazırda müayinələri davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm