Gürcüstandan külli miqdarda bal və içki gətirən maşın ələ keçdi - FOTO
Bizi izləyin

Hadisə

Gürcüstandan külli miqdarda bal və içki gətirən maşın ələ keçdi - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz O 403 SHD" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və vətəndaş şifahi sorğu-sual olunub.

Publika.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanc və yük yerində 40 kq bal, 768 ədəd 250 qramlıq "Red Bull" markalı enerji içkiləri, 82 ədəd 330 qramlıq "Corona Extra" markalı spirtli içkilər aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm