Salyanda aralarında qadının da olduğu oğru dəstəsi ələ keçdi
Bizi izləyin

Hadisə

Salyanda aralarında qadının da olduğu oğru dəstəsi ələ keçdi

Salyan şəhərində törədilmiş oğurluq əməllərinin üstü açılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də şəhər ərazisindəki mağazaların birindən 65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov saxlanılıb.

R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm