23 yaşlı gənci təcili yardımın önündə maşın vurdu
Bizi izləyin

Hadisə

23 yaşlı gənci təcili yardımın önündə maşın vurdu

Abşeron rayonunun Sulutəpə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Report xəbər verir ki, 21 yaşlı Elsun adlı şəxsin idarə etdiyi "90-RX-085" dövlət qeydiyyat nişanlı avtomobil qəsəbə ərazisində piyada zolağından keçən 23 yaşlı Atayev Elşən İLyas oğlunu vurub.

Hadisə çağırışa gedən "təcili yardım" maşınının qarşısında baş verib. Yaralı həmin "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin olaraq xəstəyə ağır bədən xəsarətləri diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm