Sabirabadda yanğın oldu, zəhərlənən var
Bizi izləyin

Hadisə

Sabirabadda yanğın oldu, zəhərlənən var

Sabirabad rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm