Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanıldı
Bizi izləyin

Hadisə

Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb. Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm