ABŞ
Trampdan KRİTİK AÇIQLAMA: "Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi"
Ukrayna hökuməti ölkədəki münaqişənin həlli üçün saziş bağlamağa hazırdır.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
“Ukrayna razılaşmaya hazırdır. Və başa düşdüyünüz kimi, bu heç vaxt başlamamalı olan bir müharibədir. Mən prezident olsaydım, bu, heç vaxt başlamazdı”, – Ağ Evin rəhbəri bildirib.
Tramp bir gün əvvəl demişdi ki, Ukrayna münaqişəsinin həlli “ya asan, ya da çətin yolla” mümkündür. Onun fikrincə, birinci variant “həmişə daha yaxşı”dır. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, vəziyyət mümkün qədər tez həll olunmalıdır.
Bundan əlavə, ABŞ prezidenti Moskvanın Ukraynadakı münaqişəni dayandırmağa razı olmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsininin mümkünlüyünü açıqlayıb. O, ABŞ-ın bütün Rusiya ixracatına yüksək rüsumlar tətbiq edə biləcəyini söyləyərək, ən qısa zamanda razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Hüseyn İbadlı
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq





































.jpg)
