Ağcabədidə raket tapıldı
Bizi izləyin

Hadisə

Ağcabədidə raket tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7V raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm