Sosial
Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO
Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər aşkar olunan Əmir Nizaməddin məscidi hazırda nəzarətsiz və baxımsız vəziyyətdədir.
Publika.az "Xəzər" TV-yə istinadla bildirir ki, ətrafı qənbər daşları ilə döşənmiş bu məscidin tarixi çox qədimlərə, 1329-1330-cu illərə gedib çıxır. Rəvayətə görə, məscid Şirvanşahlar dövründə, Əmir Nizaməddin Kəsrani tərəfindən qaya üzərində tikilib.
Ehtimal edilir ki, zirzəmi XIX əsrin əvvəllərində baş vermiş müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bura sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.
Əmircan kənd sakini Tehran Qarayusifli bildirib ki, bu tarixi məkan 2022-ci ildə Bakı Abadlıq Xidməti tərəfindən əsaslı təmir olunub və tarixi abidənin orijinal görkəmi qorunub. Lakin bir sıra problemlər hələ də həllini gözləyir.
Tehran Qarayusifli, həmçinin məscidin zirzəmisindəki cəsədlərin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, XIV əsrə aid olan Nizaməddin məscidinin zirzəmisi ilə bağlı məsələ diqqətdə saxlanılacaq.
Ətraflı süjetdə:
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika24 Dekabr 19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Cənubi Qafqaz24 Dekabr 18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...













.jpg)











