Hadisə
Qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
Samuxda qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Publika.az-a verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M. Mehbalıyeva Samux rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.
Samux və Göygöl rayon Polis Şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E. Məmmədov və T. Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?