Hadisə
Kafedə ad günü keçirənlər saxlanıldı - FOTO
Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədəm kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO