Maskalı şəxslər evə basqın edib ər və arvadı BIÇAQLADILAR
Bizi izləyin

Hadisə

Maskalı şəxslər evə basqın edib ər və arvadı BIÇAQLADILAR

Göygöl rayonunda evə girən oğrular qadın və kişini bıçaqlayıb.

Publika.az xəbər verir ki, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm