Ağdaşda 6 otaqlı evdə yanğın
Bizi izləyin

Hadisə

Ağdaşda 6 otaqlı evdə yanğın

Ağdaş rayonunun Mürsəl kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi sahəsi 288 kvadrat metr olan bir ailənin məskunlaşdığı birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və 1 otağına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm