DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağdaşda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də saat 15 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində Zaqatala rayon sakini Orxan Sadıxovun idarə etdiyi “VAZ-21144” və Bakı şəhər sakini İ.Səyyadovun idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub. Nəticədə O.Sadıxov və sərnişini Sərxan Muradov hadisə yerində, Oruc Heydərov xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm