Bakıda dəhşətli hadisə - Yatağında yanaraq öldü (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisə - Yatağında yanaraq öldü (YENİLƏNDİ)

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və pəncərə çərçivəsi qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti aşkar olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

16:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm