
Bakıda 33 yaşlı kişinin meyiti tapılıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Seyidov Şəhriyar Zahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.