Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda köməksiz vəziyyətdə qalan şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Publika.az nazirliyə istinadən xəbər verir ki, şağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Oxşar hadisə Bakı şəhərinin Pirallahı rayonunda da baş verib. 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm