Hadisə
Ərini öldürən qadın barədə həbs qərarı verildi
Bakıda ərini öldürməkdə ittiham edilən 41 yaşlı Günay Şıxəliyeva barəsində məhkəmə qərarı verilib.
İstintaq orqanının təqdimatı ilə Suraxanı rayon məhkəməsi G.Şıxəliyeva barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
O, istintaq təcridxanasına köçürülüb. G.Şıxəliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Rəsmi açıqlamaya görə, martın 7-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Günay Şıxəliyeva əri, 1976-cı il təvəllüdlü Mahir Şıxəliyevi yaşadığı evdə yatmış vəziyyətdə dəmir linglə başından vuraraq öldürüb.
Ailəni tanıyan şəxslər və qonşuların iddiasına görə, alkoqol aludəçisi olan Mahir Şıxəliyev dəfələrlə həyat yoldaşını döyüb. Uzun müddətli döyülmələrə görə Şıxəliyevanın bədən orqanları ciddi zərər görüb, qabırğaları sınıb.
Cinayət faktı ictimailəşəndən sonra şiddətə məruz qalan qadına qarşı sosial şəbəkələrdə müxtəlif səviyyələrdə anlayış ifadə olunur. Qətli özünümüdafiə zəminində törətdiyinə görə qadın barəsində yüngülləşdirici hökm verilməsinə və hətta bəraət almasına çağırışlar da edilir. (qafqazinfo.az)
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO