Bakıda binada yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda binada yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, hadisə barədə əlavə məlumat veriləcək.

***

07:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm