Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - YENİLƏNDİ/VİDEO
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - YENİLƏNDİ/VİDEO

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının onsəkkizmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş verdiyi nəzərə alınaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürmə əməliyyatı həyata keçirilib. Yanğnsöndürənlərin çevik müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəri 120 kv.m. olan üçotaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanda 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

xxx

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanında 1 ədəd dolab yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm