Sumqayıtda intihara cəhdin qarşısı alındı
Bizi izləyin

Hadisə

Sumqayıtda intihara cəhdin qarşısı alındı

Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm