Hadisə
Bakıda kafedə 22 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: "Şpaqat" açan oğlan... - TƏFƏRRÜAT
Ötən ilin fevral ayının 16-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “New York” kafesində İlkin Məmmədovun (şərti) bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, araşdırmalar zamanı gənc oğlanın kafeni işlədən qadının 22 yaşlı qızı Elnarə Əliyeva tərəfindən bıçaqlanması müəyyən edilib və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Sabirabad rayonunun Qalaqayın kəndindən olan ana və qızı Xırdalanda kirayə yaşayır. Qadın şəhərin mərkəzində kafe icarəyə götürərək işlətməyə başlayıb. Qızı isə bəzi günlərdə sadə işlərdə anasına kömək etməyə gəlirmiş. Onlardan başqa kafedə digər xanım ofisiant da işləyib.
Hadisəyə gəlincə fevralın 16-da kafedə 2 dostu ilə yeyib-içən İlkin təxminən 4 saata yaxın kafedə olub. O, bir neçə dəfə sərxoş vəziyyətdə kafedə səsləndirilən mahnılara durub oynayıb, hətta kafenin ortasında “şpaqat” açıb. Bir qədər sonra o, kafenin xanım icarədarı ilə qızına yaxınlaşaraq maqnitafonda “Qobustan qayaları” mahnısını səsləndirmələrini tələb edib. Bu zaman o, Elnarənin anasına yaxınlaşaraq öpüb. Qız isə telefonunun enerjisinin azaldığını ona görə sərxoş müştəriyə tələb etdiyi mahnını səsləndirmə bilməyəcəklərini deyib.
İlkin isə tələbində israr edib və ana ilə qızının yemək yediyi masayı təpik vuraraq aşırıb. O, digər masaları da dağıtmağa, bütün qab-qacağı yerə tökməyə başlayıb. Mətbəxə qaçan Elnarə özü ilə bıçaq gətirib və İlkinin obyekti tərk etməsini tələb edib. Qorxu içində olan qız ona yaxınlaşan İlkini uzaqlaşdırmağa çalışıb və bıçaq onun qarın nahiyəsinə tuş gəlib.
Daha sonra İlkin kafeni tərk edib, qohumları onu təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıb.
Məhkəmədə zərərçəkmiş şəxs onu bıçaqlayan gənc qızdan şikayətçi olmadığını, heç bir tələbinin olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Elnarənin 3 il müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasının şərti hesab edilməsinə və 1 il sınaq müddəti təyin edilməsinə qərar verib.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı