• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Güclü külək Gəncədə ciddi fəsadlar törətdi - FOTO

Güclü külək Gəncədə ciddi fəsadlar törətdi - FOTO

Güclü külək Gəncədə ciddi fəsadlar törədib.

Publika.az-ın qərb bürosunun verdiyi məlumata əsasən, təbbi fəlakət nəticəsində şəhərdə iri gövdəli ağaclar aşıb, qaz xətlərində qəza vəziyyəti yaranıb.

Həmçinin bir sıra yaşayış massivlərində də iri gövdəli ağaclar aşıb. Təbii qzın verilişində problemlər yaranıb. Bəzi evlərin dam örtüyünə də ciddi ziyan dəyib.

İlkin məlumata əsasən təxminən 300-ə yaxın abonentin mənzilinə verilən mavi yanacaqda fasilələr yaranıb.

Hazırda Gəncə şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aşan ağacların yaşayış massivlərindən götürülməsi istiqamətində işlər aparılır.

Paralel olaraq, Gəncə şəhər Qaz İstismarı İdarəsi tərəfindən mavi yanacaqla bağlı problemlə üzləşən abonentlərə qazın verilməsi istiqamətində işlər görülür.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR