Bakıda avtomobillər toqquşdu - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda avtomobillər toqquşdu - ÖLƏN VAR

Bakıda yol qəzası olub.

Publika.az xəbər verir ki, mayın 14-də saat 19 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi “Hyundai” və Şövkət Sofinin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Sofin mayın 15-də ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm