Ağstafada qətlə yetirilən qadının FOTOSU YAYILDI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağstafada qətlə yetirilən qadının FOTOSU YAYILDI - (YENİLƏNDİ)

Ağstafa rayonunun Köçəsgər kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, 62 yaşlı Ələkbərova Çiçək Əli qızı 30 ildən çoxdur, tək yaşayıb. Hadisə yerinə baxış keçirilib və onun boğularaq qətlə yetirildiyi ehtimal edilir.

Qonşularının dediyinə görə, qadının üzərindəki qızıl-zinət əşyaları götürülüb. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, onun meyiti qonşular tərəfindən aşkarlanıb.

/ "Report"

***

20:31

Ağstafa rayonunda mənzillərin birində qadın meyiti tapılıb.

Publika.az-ın qərb bürosunun verdiyi məlumata görə, meyiti aşkarlanan şəxs Köçəsgər kənd sakini 1959-cu il təvəllüdlü Çiçək Hüseynovadır.

Hadisə yerinə Ağstafa rayon Polis və Prokurorluğun əməkdaşları cəlb olunublar.

Qadının boğularaq öldürülməsi ehtimalı var.

İlkin məlumata görə, o, uzun illərdir evdə tək yaşayıb. Cəsədini qonşular aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm