Kürdəmirdə daha bir dəhşətli qəza - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Kürdəmirdə daha bir dəhşətli qəza - ÖLƏN VAR

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsibov Tacir Əhliman oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil həmin yolda hərəkətdə olarkən iritutumlu "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.

Minik avtomobilinin sərnişinləri - Quliyev Şöhrət Fikrət oğlu və Nəsibli Cavanşir Tacir oğlu müxtəlif dərəcəli bədən xəsarət alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında rayonun Qarabucaq kəni ərazisində də ölümlə nəticələnən yol qəzası baş verib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm