"Yurqorden" Musa Qurbanlıya qiymət qoydu: Bu klub istəyir
Bizi izləyin

İdman

"Yurqorden" Musa Qurbanlıya qiymət qoydu: Bu klub istəyir

İsveçin “Yurqorden” klubu azərbaycanlı hücumçu Musa Qurbanlı ilə yollarını ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, “Yurqorden” Musa üçün təxminən 9-10 milyon kron (1,4-1,5 milyon manat) tələb edir. Bu barədə "fotbolldirekt.se" məlumat yayıb.

Klub Musanı sata bilməsə, icarəyə verəcək.

Yazıda qeyd olunur ki, Azərbaycan millisinin üzvünün transferində "Qarabağ" maraqlıdır.

Qeyd edək ki, ötən yay "Yurqorden"ə transfer olunan Qurbanlı bu mövsüm İsveç təmsilçisində 7 oyunda 1 qolla yadda qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm