Azərbaycanda 5 nəfərin öldüyü qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda 5 nəfərin öldüyü qəzadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO/VİDEO - (YENİLƏNDİ)

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

Publika.az
"Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm