Bakıda avtomobil 15 yaşlı qızları vurdu
Bizi izləyin

Hadisə

Bakıda avtomobil 15 yaşlı qızları vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Tbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı, 2006-cı il təvəllüdlü Sofiyeva Ləman Əhməd qızını vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm