Hadisə
Şəhid xanımının vəfat etdiyi qəza barədə YENİ FAKTLAR - TƏFƏRRÜAT
Oktyabrın 21-də Kürdəmir rayonu ərazisində Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın və daha bir nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisə vaxtı 35 yaşlı Günel Ələsgərovanın oğlu da maşında olub və xoşbəxtlikdən o, heç bir xəsarət almayıb. Uşaq hadisə yerinə gələn qohumlarına təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Kürdəmir-Zərdab yolu ilə hərəkətdə olan avtomobil saatda 100 kilometrdən artıq sürətlə hərəkət edirmiş. Avtomobili idarə edən Günel Ələsgərova və ön oturacaqda əyləşən sərnişini, 39 yaşlı Tağıyev Emin Ağamir oğlu təhlükəsizlik kəmərindən istifadə etməyib. Sürücünün idarəetməsindən çıxan avtomobil yolun kənarına aşarkən zərbədən onların ikisi də maşının sınan pəncərəsindən çölə düşüblər və hadisə yerində vəfat ediblər. Arxa oturacaqda olan uşaq isə hadisə yerinə gələn şəxslərin köməkliyilə maşından çıxarılıb. G.Ələsgərovanın telefonu ilə onun qayınatası, şəhid Rəhim Hüseynovun atasına məlumat verilib və o, təcili şəkildə hadisə yerinə gəlib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ