Paytaxtda avtomobil 34 yaşlı kişini vurdu
Bizi izləyin

Hadisə

Paytaxtda avtomobil 34 yaşlı kişini vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü İbrahimov Kamran Telman oğlu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm