Qarabağ
Ağdamda lüks mənzillər satışa çıxarıldı - Qiymət
Park Hill MTK işğaldan azad olunmuş Ağdam şəhərində inşa edilən “Park Qarabağ” yaşayış kompleksində lüks mənzillərin satışına başlayıb. Bununla bağlı MTK sosial şəbəkələrdə elanlar yerləşdirib.
Publika.az Yenisabah.az-a istinadla xəbər verir ki, sözügedən MTK tərəfindən hazırda 3 otaqlı mənzillərin satışı həyata keçirilir. 135 kvadratmetr sahəyə malik olan mənzillərə sahib olmaq istəyən müştərilər ilkin olaraq evin ümumi dəyərinin 30 faizini ödəməlidir. MTK ilə müştəri arasında əldə olunmuş razılığa uyğun olaraq, yerdə qalan məbləği 36-48 ay ərzində faizsiz ödəmək mümkündür.
MTK-da bildirilib ki, mənzillərin 1 kvadratmetri tam təmirli şəkildə 1300 manatdan başlayan qiymətlərlə təklif olunur. Yaşayış kompleksi 2025-ci ilin mayına qədər hazır olacaq. MTK mənzillərin keyfiyyətinə təminat verir.
Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olan məcburi köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq, dövlət tərəfindən evlə təmin edilirlər. Özəl şirkətlər tərəfindən satışa çıxarılan mənzillərə sahib olmaq istəyənlərdən həmin rayona qeydiyyat tələb olunmur.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















