219 nəfər toya buraxılmadı
Bizi izləyin

Hadisə

219 nəfər toya buraxılmadı

Noyabrın 25-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 211 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, monitorinq 206 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 219 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm