Nazir yanğının ilkin SƏBƏBİNİ AÇIQLADI: "Bu, müşahidə kameralarında var"
Bizi izləyin

Hadisə

Nazir yanğının ilkin SƏBƏBİNİ AÇIQLADI: "Bu, müşahidə kameralarında var"

"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb. Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var".

Publika.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək.

Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir", - nazir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm