Metroda qadının halı pisləşdi, təcili tibbi yardım çağırıldı
Bizi izləyin

Hadisə

Metroda qadının halı pisləşdi, təcili tibbi yardım çağırıldı

Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib

Bildirilib ki, epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkən qadını özünü pis hiss edib. Metro və polis əməkdaşları ona ilkin tibbi yardım göstəriblər.

Daha sonra metropoliten əməkdaşları xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb.

Özünü yaxşı hiss etdikdən sonra sərnişin yoluna davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm