Hadisə
40 yaşlı kişiyə ərə verilən yeniyetmənin toyu - TƏFƏRRÜAT - YENİLƏNDİ

Şirvanda 16 yaşlı qıza toy edilməsi faktı öz təsdiqini tapıb.
Publika.az Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə yayılan iddianın bəzi təfərrüatlarını öyrənib.
Qaraağac kənd icra nümayəndəsi Zaur Dəmirov saytımıza açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib:
“Qız 2006-cı ilin aprel ayında anadan olub. Ailədə 4 bacı-qardaşdılar. Toy Şirvan şəhərində olub. Kənddə olmadığına görə bundan məlumatsız olmuşuq. Ailə qurduğu şəxs də Şirvan sakinidir. Hazırda iş polisdədir, araşdırma aparılır”.
Babası tərəfindən zorla ərə verildiyi deyilən qızın əmisi Rahid Orucov isə hadisədən xəbərsiz olduğunu deyib: “Toyuna belə getməmişəm. Heç nədən xəbərim yoxdur”.
Qeyd edək ki, yayılan məlumata görə, rayonun Qaraağac kənd sakini, 16 yaşlı qız 40 yaşlı kişiyə ərə verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ ilə bağlı yerli polis idarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Akqabay Mıradov
* * *
10:24
Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.
İddia edilir ki, rayonun Qaraağac kənd sakini 16 yaşlı Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

-
Sosial16:40
Bu məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO
-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?