Hadisə
Lənkəranda turistləri daşıyan avtobus qəzaya düşdü

Lənkəranda avtomobil turist avtobusuna çırpılıb, xəsarət alanlar var.
Publika.az report-a istinadla xəbər verir ki, hadisə rayonunun Xanbulan yolu adlandırılan Hirkan - Daşdatük - Biləsər yolunda baş verib.
Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistlərin olduğu avtobusla toqquşub.
Nəticədə "Nissan Tida"nın sürücüsü R.Məmmədov və avtomobildə olan sərnişinlər Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Turist avtobusunda olanlardan xəsarət alan olmayıb. Yaralılar Təcili Tibbi Yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olduğundan sürücü R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır. Şakir Həbibov rayonda tanınmış riyaziyyat müəllimi, Tahir Zülfüqarov isə uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb.
Faktla bağlı araşdırma aparılır.

-
Sağlamlıq07:07
Baş gicəllənməsi nədən xəbər verir?
-
Sağlamlıq06:40
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır?
-
Nida Xəbər 06:00
Əsgərimiz erməniləri ŞOKA SALDI: yanan texnikanı... - VİDEO
-
Nida Xəbər 01:30
Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
-
Magazin201:11
Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi - 27 ildən sonra...
-
Dünya00:27
Livanda erməni təxribatı - 25 polis yaralandı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!