Kafedə insident: Pivə bakalı ilə televizoru sındırdı
Bizi izləyin

Hadisə

Kafedə insident: Pivə bakalı ilə televizoru sındırdı

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb.

O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

"Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır", - M.Məsimov vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm