Azərbaycanlı kursant müharibədə yaralandı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanlı kursant müharibədə yaralandı - FOTO

Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı Paşayev İbrahim İsmət oğlu Rusiya ordusu ilə döyüşlərdə yaralanıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş.

Belə ki, müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır.

O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm