Hadisə
Şuşa-Laçın yolunda yük maşını aşdı: xəsarət alan var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şuşa-Laçın avtomobil yolunun 8-ci kilometrində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HOVA” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü 1980-ci il təvəllüdülü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
-
Magazin202:44
Corcina xəstəxanalıq oldu
-
Kriminal01:10
Bakıda dayənin körpəyə qarşı işgəncə görüntüləri yayıldı - VİDEO
-
Qoroskop00:01
Günün qoroskopu: Yeni ideyalar peyda olacaq
-
İdman25 Oktyabr 23:38
Dünya bu oyunu gözləyir: Messi ilk dəfə olaraq… - FOTO
-
Sosial25 Oktyabr 23:23
Azərbaycanda valideynlər uşaqlarına görün hansı qəribə adları qoymaq istəyiblər
-
Magazin125 Oktyabr 22:40
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" - Əməkdar artist
-
Kriminal25 Oktyabr 21:52
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU
-
Nəqliyyat25 Oktyabr 21:17
Ayın 27-də Bakıda bu yollar bir neçə saatlıq bağlanacaq - SİYAHI