Meyxanaçının da içində olduğu maşın partladı: 2 nəfər yanaraq öldü - VİDEO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Meyxanaçının da içində olduğu maşın partladı: 2 nəfər yanaraq öldü - VİDEO/YENİLƏNDİ

Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

"Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn köməyi etdik. İlk olaraq uşaqlar təcili tibbi yardımı çağırdılar. Biz də üç nəfəri çıxartdıq, axırıncı yaşlı qadını çıxarandan sonra maşın partladı", - hadisə şahidi deyib.

Bildirilib ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

Ətraflı Baku TV-nin süjetində:

xxx

11:54

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobili qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeut" markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

Məqaləyə dair fotomateriallar:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm