Sabiq prezidentə qarşı sui-qəsdin detalları bəlli oldu: 14 atəş açılıb, sürücü... - FOTO
Bizi izləyin

Hadisə

Sabiq prezidentə qarşı sui-qəsdin detalları bəlli oldu: 14 atəş açılıb, sürücü... - FOTO

Boliviyada sabiq prezident Evo Moralesə qarşı sui-qəsd cəhdinin detalları məlum olub.

Publika.az xəbər verir ki, Morales ona sui-qəsd olduğunu və maşınına silahlı hücum edildiyini bildirib. O, qatıldığı radio proqramında hücumla bağlı açıqlama verib.

Morales Çapare bölgəsində maşında hücuma məruz qaldığını və maşınına ən az 14 dəfə atəş açıldığını qeyd edib:

“Bu hücuma görə Boliviya prezidenti Luis Arseni günahlandıraram. Arse tarixin ən pis prezidenti kimi tanınacaq. Keçmiş prezidenti güllələmək son nöqtədir. Bu hadisə sui-qəsddir. Şükürlər olsun ki, xəsarət almadan xilas oldum. Hadisə zamanı sürücüm yaralanıb”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm