Hadisə
Məşhur xəstəxananın həkimini YUMRUQLADILAR
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs cəzalandırılıb.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü M.Rəşad oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb.
O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinədən keçirilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM-dən keçirilməsini istədiyini deyib.
Həmin şəxs daha sonra xəstəxana kollektivini - "oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacağam", - deyərək hədələyib və yumruqla həkimin burnuna zərbə vurub.
Məhkəmənin qərarı ilə M.Rəşad Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region7 Dekabr 20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var