Daha bir tiktoker həbs olundu
Bizi izləyin

Hadisə

Daha bir tiktoker həbs olundu

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Publika.az lent.az-a istinadən xəbər verir ki, Əsgər Səməndər oğlu Əlizadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün, həmçinin Yasamal Rayon Məhkəməsinin qərarı ilə Tiktok sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm